Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bayrağımıza kəc baxanın gözü kor, haqqımıza nahaq deyənin dili lal olacaq

0

  •       15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən Prezident İlham Əliyev qarşıya qoyulan hədəflərin vaxtında icrası və gələcəkdə qarşıda gözlənilən həlli vacib məsələlərdən danışdı. Biz yaxın xarici dövlətlər, yəni qonşu dövlətlər olan Rusiya, İran və Gürcüstanla diplomatik əlaqələrimizi inkişaf edən xətlə irəliyə aparırıq. Təəsüflər olsun ki, işğalçı Ermənistan hələ də 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyənatın müddəalarını yerinə yetirmədiyinə görə Azərbaycanın başçılıq etdiyi həyati əhəmiyyətli qlobal layihələrdən kənarda qalmışdır.Azərbaycan hökuməti şəhid ailələri, qazilər və müharibə əlilləri üçün gördüyü işləri Ermənistanla müqayisə etməyə dəyməz. Çünki Azərbaycanın bu sahədə gördüyü işlər yüzlərlə və minlərlə ifadə olunduğu halda Ermənistanın bu sahədə gördüyü iş sıfra bərabərdir. Azərbaycanın Quşulmama Hərəkatına başçılıq etməsi 2023-cü il üçün yekdilliklə davam etməsi qəbul edilmişdir. Bu iş artıq 120 dövlətin Azərbaycana həm siyasi, həm də iqtisadi sferada dəstək verməsinə əyani sübutdur. Azərbaycan hərbi sahədə gündəlik inkişaf dinamikası, Silahlı Qüvvələrimizin Beynəlxalq səviyyədə güclü ordular sırasında adddımlaması bir daha torpaqlarımızın müdafiəsinin əmin əllərdə olduğunu gösatərir. Biz işğaldan azad edilmiş ərazilərimizlə bərabər, Şərqi Zəngəzuru da qurub inkişaf etdirəcəyik. Xocalı, Xankəndi, Ağdərə ərazilərində üçrəngli bayrağımızın dalğalanması ilə quruculuq işləri başlanacaq. Şuşa, Laçın, Kəlbəcər ərazilərində aparılan quruculuq işləri bu məsələnin labüdlüyünə bir daha sübutdur. Bayrağımıza kəc baxanın gözü kor, torpağıma səf addım atanın ayağı şikəst, haqqımıza nahaq deyənin dili lal olacaq. Tanrı millətimizi, dövlətimizi, Müzəffət Ali Baş Komandanımızı bütün bəlalardan hifz eləsin.Ziya Əliyev,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib41 dəfə
    Bayrağımıza kəc baxanın gözü kor haqqımıza nahaq deyənin dili lal olacaq

    Maraqlı gələ bilər
    121
    47
    38